...

Azərbaycanın qızıl ixracından gəliri 56%-dən çox artıb

İqtisadiyyat Materials 4 Mart 2026 09:42 (UTC +04:00)
Azərbaycanın qızıl ixracından gəliri 56%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 milyon ABŞ dolları və ya 56,4% çoxdur.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında bu göstərici ilə qızıl (33 milyon ABŞ dolları) birinci olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti