Bakı. Trend:
Gəncə şəhəri, Natavan-2 qəsəbəsində ağır yol-nəqliyyat hadisəsibaş verib.
Trend-in məlumatına görə, xəbər verir ki, qəza ötən gün qeydə aınıb.
1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri dəmir yolu xəttinə dəyib. Nəticədə sürücü idarəetməni itirərək qəza törədib. Qəza zamanı Nəriman Hacıyev ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
