...

Beynəlxalq axtarışda olan daha iki şəxs Azərbaycana ekstradisiya edilib

Cəmiyyət Materials 4 Mart 2026 10:52 (UTC +04:00)
Beynəlxalq axtarışda olan daha iki şəxs Azərbaycana ekstradisiya edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti