...

Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşları artıb

İqtisadiyyat Materials 4 Mart 2026 11:30 (UTC +04:00)
Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,1 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 62,2 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,967 milyard manat və ya 11,5% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti