...

Bu ay pensiya, müavinət və təqaüdlər vaxtından əvvəl ödəniləcək

İqtisadiyyat Materials 4 Mart 2026 11:55 (UTC +04:00)
Bu ay pensiya, müavinət və təqaüdlər vaxtından əvvəl ödəniləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.

"Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub", məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti