...

Ötən ay 31 aptekdə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 4 Mart 2026 12:00 (UTC +04:00)
Ötən ay 31 aptekdə nöqsanlar aşkarlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti