...

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib (FOTO)

Hadisə Materials 4 Mart 2026 11:47 (UTC +04:00)
Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti