Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,667 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, əmanətlərin həcmi bu ilin yanvarın 1-nə nisbətən 105,8 milyon manat və ya 0,6% azalıb, ötən ilin fevralın 1-i ilə müqayisədə isə 1,968 milyard manat və ya 13,4% artıb.
Bu ilin fevralın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,476 milyard manat, xarici valyuta ilə isə 5,191 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bir ay əvvəlki göstərici ilə müqayisədə 127 milyon manat və ya 1,1% azalıb, illik müqayisədə isə 1,695 milyard manat və ya 17,3% artıb.
Xarici valyuta ilə isə bu göstərici aylıq müqayisədə 21,1 milyon manat və ya 0,4%, illik nisbətdə isə 273,1 milyon manat və ya 5,5% artıb.
Beləliklə, bu ilin fevralın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,285 milyard manat və ya 2,2 dəfə üstələyib.
