Bakı. Trend:
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı
şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs
qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb
gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq
tədbirlər görülür.
Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.
