...

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi həyata keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 4 Mart 2026 22:24 (UTC +04:00)
Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi həyata keçirilib (FOTO/VİDEO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

Trend xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti