Bakı.Trend:
8 Martla əlaqədar qatarların hərəkət cədvəlində dəyişiklik edilib.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilir ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.
"Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər",- ADY-dən əlavə edilib.
