...

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

İqtisadiyyat Materials 4 Mart 2026 17:12 (UTC +04:00)
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8,874 milyard manat təşkil edib.

Trend BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,743 milyard manat və ya 1,5 dəfə azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 3 737 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 659 vahid və ya 1,4 dəfə azdır.

BFB-nin dövriyyəsinin 7 977 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 4,964 milyard manat və ya 1,6 dəfə azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 30,7 milyon manat və ya 1,4 dəfə azalaraq 68,323 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti