...

Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Materials 4 Mart 2026 14:38 (UTC +04:00)
Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırlması imkanlarını nəzərdən keçiriblər. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti