Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cizahların adları məlum olub.
Trend "Global Stats" Statistika Mərkəzinə istinadən xəbər verir ki, bu ilin fevral ayında "Samsung" smartfonları ölkənin mobil cihazlar bazarındakı paya əsasən birinci yer tutub (24,15 faiz).
Cari ilin yanvar ayının göstəriciləri ilə müqayisədə "Samsung"un Azərbaycandakı bazar payı 4,62 faiz bəndi azalıb.
Hesabat dövründə populyar smartfonların siyahısında ikinci yerdə "Xiaomi" qərarlaşıb. Azərbaycanda bu markadan olan smartfonların bazar payı öncəki ayla müqayisədə 3,34 faiz bəndi azalaraq, 18,22 faizə enib.
İlk üçlüyü "Apple" tamamlayır. Bu markanın bazar payı ötən ayla müqayisədə 2,15 faiz bəndi artaraq, 23,02 faizə çatıb.
