...

Paytaxtda klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs saxlanılıb

Gündəm Materials 4 Mart 2026 18:38 (UTC +04:00)
Paytaxtda klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti