Bakı. Trend:
“Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul olunub. Biz o qanuna istinad edərək fəaliyyət göstəririk. Hazırda bununla bağlı Gənclər və İdman Nazirliyi və Milli Məclisinin müvafiq şöbəsi tərəfindən qanun layihəsi hazırlanır.
Trend xəbər verir ki, bunu Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev komitədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.
Millət vəkili bildirib ki, idmanın kütləviliyinin təmin olunması bu qanunda öz əksini tapmalıdır:
“Bakı ilə regionlar arasında inkişafda fərq olmalıdır. Bu da çox vacib məsələdir. Qadın idmanının inkişafı olduqca lazımlı məsələdir. Paraidmanın inkişafı, inkluziv proqramların olması labüddür ki, bütün həssas qruplara bu qanunda bərabər, ədalətli olsun. İdmanın bazası təhsildən, kütləvilikdən, gəlir. Bunlar da qanunda öz əksini tapmalıdır. Federasiya nümyəndələri real fəaliyyət göstərir. Bu fəaliyyətdə yaranan ictimai münasibətlər olur. Ola bilər ki, bu münsibətlər indi mövcud olan “Bədən tərbiyəsi və idman haqqında” Qanunun müəyyən normaları ilə uzlaşmır. Ona görə də gələcəkdə bu qanun burada müzakirə olunmalıdır”.
