...

Suraxanı rayonunda genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır (FOTO)

Cəmiyyət Materials 4 Mart 2026 12:25 (UTC +04:00)
Suraxanı rayonunda genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakmiyyətindən Trend-ə verilən məlumata görə, görülən işlərin əsas məqsədi ərazinin estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasıdır.

Bildirilib ki, abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yolkənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində obyektlərin fasadı üzlənib, ərazidə küçənin ümumi görünüşünə xələl gətirən, mövcüd standartlara uyğun olmayan reklam konstruksiyalarının sökülüb. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, məhəllələrdə təmizlik işləri aparılıb, ətraf hasarlar yuyularaq rənglənib.

Bundan əlavə, küçə işıq dirəylərinin lampaları dəyişdirilir, dirəklər rənglənir, ağaclar yuyulur və budanır, onlara aqrotexniki qulluq göstərilir. Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür.

Abadlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə 470 işçi qüvvəsi və 20 texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitəsi cəlb olunub.

Eyni zamanda, Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov küçələri boyunca abadlıq işlərinə başlanılıb.

Əlavə edilib ki, Suraxanı rayonu ərazisində abadlıq, təmizlik və yenidənqurma işlərinin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti