...

Ötən ay 2 erkən evliliyin qarşısı alınıb - Komitə

Cəmiyyət Materials 4 Mart 2026 15:20 (UTC +04:00)
Ötən ay 2 erkən evliliyin qarşısı alınıb - Komitə
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb.

Komitədən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ötən ay 2 erkən evlilik faktının qarşısı alınıb.

"Erkən evliliklə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Komitə tabeliyində olan Uşaq Aİlələrə Dəstək Mərkəzlərinə fevral ayı ərzində 3 məlumat daxil olub. Koordinasiyalı fəaliyyət nəticəsində 2 faktın qarşısı alınıb, 1 fakt təsdiqini tapmayıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən il komitə tərəfindən erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb. Eyni zamanda 81 uşaq təhsilə cəlb edilib.

Ümumilikdə isə 2025-ci il ərzində komitə tərəfindən 1159 ailəyə səfər edilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti