...

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2026 14:27 (UTC +04:00)
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Unus kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Unus kəndindən olan seçicilərlə yanaşı, Kələki və Pəzməri kəndlərindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Unus kəndində şəhid Quluzudə Nihat Qasım oğlunun və şəhid Yusifov Vüsal Nizami oğlunun məzarlarını da ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti