...

Sabunçuda 46 yaşlı kişi qətlə yetirilib

Hadisə Materials 4 Mart 2026 14:59 (UTC +04:00)
Sabunçuda 46 yaşlı kişi qətlə yetirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçuda 46 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti