...

Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34% artıb

İqtisadiyyat Materials 4 Mart 2026 15:00 (UTC +04:00)
Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Bolqarıstan arasında ticarət əməliyyatlarının həcmi 86,872 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya 34,1% çoxdur.

Bu ilin yanvar ayında Azərbaycandan Bolqarıstana 85,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 milyon ABŞ dolları və ya 38,6% çoxdur.

Dövr ərzində Azərbaycandan Bolqarıstana 37,4 milyon ABŞ dolları dəyərində 78,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan Bolqarıstana sözügedən məhsulların ixracı qeydə alınmayıb.

Hesabat dövründə Bolqarıstandan Azərbaycana isə 1,050 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 2,7 dəfə azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti