...

Elnur Rzayev müalicədən qayıdan şəhid ailəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2026 15:02 (UTC +04:00)
Elnur Rzayev müalicədən qayıdan şəhid ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon prokuroru Rəşad Məmmədov Mirzəmmədqışlaq kəndində şəhid Sərxan Mirzəmmədovun ailəsini ziyarət ediblər.

Elnur Rzayev müalicədən qayıdan şəhid atası Osman Mirzəmmədovun və şəhid anası Bibixanım Mirzəmmədovanın səhhəti ilə maraqlanıb, onlara şəfa diləyib. Şəhid ailəsini qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.

Şəhidin valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti