...

Azərbaycanda gənc istedadlara xüsusi təqaüdlər veriləcək - SƏRƏNCAM

Siyasət Materials 4 Mart 2026 13:05 (UTC +04:00)
Azərbaycanda gənc istedadlara xüsusi təqaüdlər veriləcək - SƏRƏNCAM
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61847 (altmış bir min səkkiz yüz qırx yeddi) manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti