...

Doluluq uşaq sağlamlığı demək deyil - Səhiyyə eksperti

Cəmiyyət Materials 4 Mart 2026 16:00 (UTC +04:00)
Doluluq uşaq sağlamlığı demək deyil - Səhiyyə eksperti
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Uşaq doludursa, deməli sağlamdır” fikri tibbi baxımdan həmişə doğru deyil. Uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa və cinsə uyğun boy-çəki göstəriciləri əsasında qiymətləndirilir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.

Onun sözlərinə görə, uşaqlarda bədən kütlə indeksi (BKİ) yaş və cins üzrə normativ cədvəllərdən istifadə edilərək qiymətləndirilir: “Bu cədvəllərər əsasən 85-ci persentildən yuxarıdırsa artıq çəki, 95-ci persentildən yuxarıdırsa piylənmə sayılır. Eyni zamanda, böyümə əyrisinə də baxmaq vacibdir, yalnmız tərəzidəki rəqəm diaqnoz qoymur”.

Mütəxəssis-ekspert bildirib ki, çörək yemək isə uşağın avtomatik sağlam olması demək deyil: “Çörək qida rasionunun bir hissəsi ola bilər, amma sağlamlıq bütöv qidalanma modeli ilə ölçülür. Uşaq meyvə, tərəvəz, zülal, süd məhsulları və müxtəlif qida qrupları ilə balanslı qidalanmalıdır. Taxıl qrupunda da ən azı yarısının tam taxıl olması tövsiyə edilir. Valideynlər, xüsusilə buna diqqət etməlidirlər. Uşaqda çəkinin sürətlə artması, qarın nahiyəsində həddindən artıq piylənmə, az hərəkətlilik, nəfəs darlığı, xoruldama, tez yorulma, boy artımının zəifləməsi, boyun və qoltuqaltında dərinin tündləşməsi kimi əlamətlər varsa, bu artıq sadəcə “doluluq” yox, xəstəlik siqnalı ola bilər. Uşaqlıq piylənməsi gələcəkdə yüksək təzyiq, insulin müqaviməti, tip 2 diabet və yuxu problemləri riskini artırır”.

A.Əkbərzadə sonda vurğulayıb ki, ən doğru yanaşma uşağın görünüşünə görə yox, pediatr və ya uşaq endokrinoloqu tərəfindən boy-çəki dinamikasının, qidalanma vərdişlərinin, fiziki aktivliyin və yuxu rejiminin birlikdə qiymətləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti