...

Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 4 Mart 2026 19:19 (UTC +04:00)
Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüş keçirdik.

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini müzakirə etdik.

Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti