...

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət verilməsi təklif edilir

Cəmiyyət Materials 4 Mart 2026 12:45 (UTC +04:00)
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət verilməsi təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müəyyən yaşa qədər idmançılar sistemdə qalır, lakin 17 yaşdan sonra, məktəbi bitirdikdən sonra bir qismi ali məktəbə qəbul olub təhsilini davam etdirir, digər qismi isə hərbi xidmətə yollanır. Halbuki dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir.

Trend xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

F.Mansurov bildirib ki, dünya və Avropa çempionatlarında fərdi idman növlərində hər çəki dərəcəsində əsasən bir idmançı iştirak edir:

“Nəticə qazanan idmançı Azərbaycan İdman Akademiyasına qəbul olur, lakin digər perspektivli atletlər sistemdən kənarda qalır. Onlar hərbi xidmətə getdikdə isə biz faktiki olaraq həmin idmançını itirmiş oluruq. Bu da peşəkar idmanda rəqabətin zəifləməsinə, ardıcıl nəsil dəyişiminin pozulmasına gətirib çıxarır.

Nəticədə bəzi federasiyalar, xüsusilə nəticə verən aparıcı federasiyalar, məcbur qalaraq legioner idmançılara müraciət edirlər. Bu məsələ qanunvericiliklə müəyyən meyarlar və limitlər çərçivəsində tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış mexanizm qurulsa, daha səmərəli nəticə əldə etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti