...

Özünü bank əməkdaşı kimi təqdim edərək 13 min manat talayan şəxs saxlanılıb

Cəmiyyət Materials 4 Mart 2026 15:03 (UTC +04:00)
Özünü bank əməkdaşı kimi təqdim edərək 13 min manat talayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti