Bakı.Trend:
Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən iki evə daxil olaraq 2150 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Alıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı M.Alıyevin taladığı əşyaları zərgərlik mağazalarının birinə satdığı və rayon ərazisində yerləşən daha 6 evdən oğurluğa cəhd etdiyi məlum olub.
Araşdırma aparılır.
