Bakı. Trend:
2025-ci ildə 11 558 nikahda olmayan anadan doğulmuş uşaq qeydə alınıb.
Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Nazir müavini bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə sayın nisbətən azalmasını təsdiq edir:
“Bu say 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 olub. Bu azalma ölkədə aparılan effektiv hüquqi tənzimləmənin, dövlət orqanlarının birgə fəaliyyətinin və məktəblərdə, təhsil müəssisələrində aparılan profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir”.
