Bakı. Trend:
Bu ilin fevral ayında "OpenAI" tərəfindən yaradılmış süni intellekt modeli "ChatGPT"nin Azərbaycan bazarındakı payı 79,98 faizədək azalıb.
Trend bu barədə "Global Stats" Statistika Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin fevral ayında Azərbaycanda "ChatGPT"dən istifadə əvvəlki ayla müqayisədə 0,51 faiz bəndi azalıb.
Bundan əlavə, "Microsoft"un "Copilot" çat-botunun bazar payı 3,26 faiz, "Google"un "Gemini" çat-botunun bazar payı 7,5 faiz, "Perplexity" çat-botunun bazar payı 7,88 faiz, "Claude" çat-botunun bazar payı isə 1,37 faiz təşkil edib.
