Bakı. Trend:
Latın Amerikasının bir neçə ölkəsinin lideri şənbə günü ABŞ prezidenti Donald Trampla görüşmək üçün Mayamiyə gələcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
"Prezident şənbə günü Florida ştatının Mayami şəhərində Qərb yarımkürəsindəki 12 ölkənin dövlət başçılarını qəbul edəcək. Bu yeni Latın Amerikası sammitinin məqsədi bölgəmizdə azadlığı, təhlükəsizliyi və rifahı təşviq etməkdir. Mayamidəki görüşdə Argentina, Boliviya, Çili, Kosta Rika, Dominikan Respublikası, Ekvador, El Salvador, Honduras, Panama, Paraqvay, Trinidad və Tobaqo və bəlkə də digər ölkələr iştirak edəcəklər", - deyə o qeyd edib.