Bakı. Trend:
İraqda elektrik enerjisi tamamilə kəsilib.
Trend-in məlumatına görə, bu barədə İraq Energetika Nazirliyi xəbər verib.
Məlumata əsasən, elektrik stansiyalarının və ötürücü xətlərin bərpası üçün işlərə başlanılıb. Elektrik enerjisinin kəsilməsi səbəbi araşdırılır.
Qeyd edək ki, İsrail, İran və ABŞ arasında gərginliyin artması ilə İraq son günlərdə hücumlara məruz qalıb.