...

Azərbaycanda "Android" əməliyyat sisteminin bazar payı azalıb

İqtisadiyyat Materials 4 Mart 2026 21:00 (UTC +04:00)
Azərbaycanda "Android" əməliyyat sisteminin bazar payı azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda "Android" əməliyyat sisteminin bazar payı əvvəlki ayla müqayisədə 0,25 faiz bəndi azalaraq 36,02 faizə çatıb.

Bu barədə Trend "Global Stats" Statistika Mərkəzinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Azərbaycan əməliyyat sistemləri bazarında populyarlıq üzrə ikinci yerdə "Microsoft Windows" məhsulları qərarlaşıb. Fevral ayında onların payı 31,2 faiz təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,29 faiz bəndi azalma deməkdir.

Üçüncü mövqedə isə 17,08 faiz bazar payı ilə "iOS" yer alır. Bu göstərici əvvəlki ayla müqayisədə 1,5 faiz bəndi çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti