...

İran İsrail və ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib

Dünya xəbərləri Materials 4 Mart 2026 21:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsraildəki bir neçə hədəfə, eləcə də Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti bildirib.

"Gün ərzində İran İslam Respublikasının quru qüvvələri, dəniz və hava qüvvələri tərəfindən ölkənin müxtəlif bölgələrindən Küveyt, Bəhreyndəki ABŞ bazalarına və işğal olunmuş ərazilərdəki müəyyən hədəflərə dron hücumları həyata keçirilib", - deyə qeyd olunub.

Həmçinin İran səmasında əsasən İsrail "Hermes" markalı altı düşmən dronu məhv etdiyini deyilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti