Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Ben-Qurion Beynəlxalq Hava Limanına raket hücumu edildiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti bildirib.
"SEPAH İsrail Müdafiə Nazirliyinin binası və Ben Qurion Beynəlxalq Hava Limanındakı strateji hədəflərə hipersəs raketlər və dronlardan istifadə edərək zərbə endirib", - deyə qeyd olunub.
Bildirilib ki, SEPAH artıq "bölgədə yerləşdirilən yeddi müasir ABŞ və İsrail radarını" məhv edib.
