...

Kriştiano Ronaldo zədələnib

İdman Materials 4 Mart 2026 20:39 (UTC +04:00)
Kriştiano Ronaldo zədələnib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, komandanın kapitanı Kriştiano Ronaldo sıradan çıxıb. Portuqaliyalı hücumçu baldır əzələsindən zədə alıb. 41 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində meydana çıxdığı 26 rəsmi matçda 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti