...

Əraqçi Hakan Fidanla telefon danışığı aparıb

Dünya xəbərləri Materials 5 Mart 2026 02:01 (UTC +04:00)
Əraqçi Hakan Fidanla telefon danışığı aparıb

Bakı. Trend:

İranın cavab zərbələri müdafiə xarakteri daşıyır və yalnız İslam Respublikasına hücum etmək üçün istifadə edilən ABŞ və İsrail hədəflərinə qarşı yönəlib.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında bildirib.

Məlumata əsasən, A.Əraqçi telefon danışığı zamanı bildirib ki, İranın ABŞ və İsrailə qarşı cavab müdafiə tədbirləri İrana qarşı təcavüzkar əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilən bazalara və hədəflərə yönəlib və bu, beynəlxalq hüquqa tam uyğundur.

Xəbər lenti

Xəbər lenti