...

İraq müharibəyə cəlb olunmasına imkan verməyəcəyini bəyan edib

Dünya xəbərləri Materials 5 Mart 2026 05:04 (UTC +04:00)

Bakı. Trend:

İraq hakimiyyəti ölkənin müharibəyə cəlb olunmasına və ya respublika daxilində vəziyyətin qeyri-sabitləşdirilməsinə imkan verməyəcəyini bəyan edib.

Trend-in məlumatına görə, bu açıqlamanı İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd əs-Sudani Birgə Əməliyyatlar Komandanlığının qərargahına səfəri zamanı verib.

“İraqı müharibəyə sürükləmək və ya ölkə daxilində vəziyyəti pozmaq cəhdlərinə dözməyəcəyik. Milli maraqlar hər şeydən üstün tutulmalıdır”, – deyə əs-Sudani vurğulayıb. Onun çıxışının mətni Baş nazirin ofisi tərəfindən “Telegram” kanalında dərc olunub.

Baş nazir bəzi əyalətlərdə təhlükəsizlik qüvvələrinin tapşırıqları səhlənkar şəkildə yerinə yetirdiyini qeyd edib. Bu səbəbdən o, İraqın şimal-qərbində yerləşən Neynəva əyalətindəki komandanlıq qərargahında çalışan bütün kəşfiyyat zabitlərinin vəzifədən azad edildiyini elan edib.

Xəbər lenti

Xəbər lenti