...

"Real Sosyedad" İspaniya Kubokunun finalına yüksəlib

İdman Materials 5 Mart 2026 03:12 (UTC +04:00)

Bakı. Trend:

"Real Sosyedad" futbol klubu İspaniya Kubokunun yarımfinalının ikinci oyununda "Atletik Bilbao"nu 1-0 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, qolu penaltidən Mikel Oyarsabal (87-ci dəqiqə) vurub.

İlk matç eyni hesabla "Real Sosyedad"ın qələbəsi ilə başa çatıb.

"Real Sociedad" finalda "Atletiko Madrid" ilə qarşılaşacaq. Qarşılaşma aprelin 18-də Sevilyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti