...

Sabirabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Hadisə Materials 5 Mart 2026 08:49 (UTC +04:00)
Sabirabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti