...

Ötən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ

Cəmiyyət Materials 5 Mart 2026 10:36 (UTC +04:00)
Ötən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin fevral ayı ərzində 7-si qız, 8-i oğlan olmaqla 15 uşaq övladlığa verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir:

"Ötən dövr ərzində respublika üzrə ümumilikdə 845 uşaq övladlığa götürülüb, 78 uşaq isə himayədar ailəyə verilib. 2026-cı ildə də bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.

Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş aparılır. Görülən işlərin məqsədi uşaqların təhlükəsiz, qayğı dolu və sağlam ailə mühitində böyüməsini təmin etməkdir.

2019-cu ildən icra olunan övladlığagötürmə mexanizmi ilə yanaşı, ölkəmizdə 2023-cü ildən tətbiq olunan “Himayədar ailə” qayğı modeli uşaqların ailə mühitinə daha tez adaptasiyasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil mühitdə böyüməsinə şərait yaradır", məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti