...

İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində uzun bir yol qət edilib - Aratunyan

Dünya xəbərləri Materials 5 Mart 2026 12:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif ölkələrdən mallar artıq Azərbaycan ərazisindən keçməklə daha qısa marşrutlarla Ermənistana çatdırılır və mən əminəm ki, yaxın vaxtlarda bu proses əks istiqamətdə də baş verəcək. Mallar Azərbaycandan Ermənistana daxil olur, vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı səfərlər həyata keçirilir, ölkə rəhbərləri isə yüksək intensivliklə ünsiyyət qururlar.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir aparatının rəhbəri Arayik Aratunyan “Armenpress”ə verdiyi müsahibədə bildirib.

“Bütün bunlar göstərir ki, biz uzun bir yol qət etmişik və nizamlanma prosesi kifayət qədər sürətlə gedir. Bu isə çox vacibdir və müəyyən mənada istisna təşkil edir. Çünki tarixçi kimi əminliklə deyə bilərəm ki, məsələn, təxminən 40 illik tarixə malik münaqişələrdə barışıq və nizamlanma çox yavaş baş verir. Bizim vəziyyətimizdə isə bunu demək olmaz”, - deyə o bildirib.

Aratunyan eyni zamanda TRIPP layihəsinin əhəmiyyətindən də danışıb:

“Bilirsiniz ki, hazırda müxtəlif regionlarda müharibələr gedir, bir sıra böyük dövlətlər sanksiyalara məruz qalır. Bu isə çox sayda infrastruktur obyektlərinin bloklanmasına gətirib çıxarıb. Ermənistanın cənubundan keçəcək (TRIPP) marşrutu isə əslində şərqdən qərbə yük daşımalarını həyata keçirməyə imkan verən azsaylı marşrutlardan biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti