...

"PAŞA Bank" 8 Mart münasibətilə premium "Miles&Smiles" kartlarına 50% endirim elan edir

İqtisadiyyat Materials 5 Mart 2026 13:59 (UTC +04:00)
"PAŞA Bank" 8 Mart münasibətilə premium "Miles&Smiles" kartlarına 50% endirim elan edir

Bakı. Trend:

"PAŞA Bank" 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi kampaniyaya start verir. 4–8 mart 2026-cı il tarixlərində keçirilən kampaniya müddətində xanım müştərilər premium "Miles&Smiles" kartlarını 50% endirimlə əldə edə bilərlər.

Endirim "Miles&Smiles Black Edition" və "Miles&Smiles Visa Signature" premium kartlara şamil olunur.

"Miles&Smiles Black Edition" kart sahibləri restoran və "Duty Free" məntəqələrində keşbek qazanır, hava limanlarında "Fast Track və VIP" xidmətlərdən yararlanır. "Miles&Smiles Visa Signature" kartı isə illik 4 dəfə lounge giriş hüququ, premium lounge çıxışı və hava limanı transfer xidməti kimi səyahəti daha rahat və komfortlu edən üstünlüklərlə seçilir.

Kampaniya çərçivəsində təqdim olunan bütün imtiyazlar və şərtlər haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.

"PAŞA Bank"ın "Miles&Smiles" kartları, Türk Hava Yollarının "Miles&Smiles" loyallıq proqramı ilə birgə təqdim olunan ödəniş kartlarıdır və gündəlik bank əməliyyatlarını səyahət üstünlükləri ilə birləşdirir. Bu məhsul 2019-cu ildə Azərbaycanda təqdim edilmiş və müştərilərə həm ölkə daxilində, həm də xaricdə edilən əməliyyatlar üzrə uçuş milləri qazanmaq imkanı verən ilk yerli kartlardan biri olmuşdur.

Kart sahibləri, "Miles&Smiles" kartı ilə edilən uyğun alış-verişlərdən millər toplayırlar. Qazandığı millər Türk Hava Yolları və "Star Alliance" tərəfdaşları tərəfindən həyata keçirilən uçuşlar, əlavə baqaj, oturacaq seçimi, shopandmiles.com üzərindən alış-veriş və digər səyahət xidmətləri üçün istifadə edilə bilər. Yeni kart sahibləri üçün açılış bonusu olaraq 3,000-ə qədər “Welcome Miles” təqdim olunur.

Xəbər lenti

Xəbər lenti