Bakı. Trend:
Niderlandın ING Group şirkətinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4% və 4,6% səviyyəsində olacağı gözlənilir.
Bu barədə Trend qrupa istinadən xəbər verir.
Əvvəlki hesabatda 2026 və 2027-ci illər üzrə proqnozlar müvafiq olaraq 5% və 8,9% səviyyəsində göstərilmişdi.
2026-cı il üzrə rüblük proqnoz aşağıdakı
kimidir:
I rüb — 6%,
II rüb — 5,7%,
III rüb — 5,1%,
IV rüb — 4,9%.
2027-ci il üzrə rüblük proqnoz:
I rüb — 4,4%,
II rüb — 4,5%,
III rüb — 4,7%,
IV rüb — 4,9%.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 105,7% təşkil edib. O cümlədən, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1%, qeyri-ərzaq malları üzrə 103,5%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 105,6% olub.
2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,5% təşkil edib.
Həmin ayda ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,3% olub.
