Bakı. Trend:
İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.
Trend xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin X səhifəsində bildirilib.
Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasının eskalasiya riskini artırdığı vurğulanıb.
