...

TDT Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəyliyini bir daha vurğulayır - Kubanıçbek Ömüralıyev

Siyasət Materials 6 Mart 2026 01:15 (UTC +04:00)
TDT Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəyliyini bir daha vurğulayır - Kubanıçbek Ömüralıyev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı bildirilir.

Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırır.

Ömüralıyev həmçinin, TDT Katibliyinin Azərbaycan Respublikasının Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.

Xəbər lenti

Xəbər lenti