Bakı. Trend:
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqez Britaniyanın "Shell" neft-qaz şirkəti ilə müqavilənin imzalanmasında iştirak edib.
Trend xəbər verir ki, mərasim prezident sarayında keçirilib və "Venezolana de Televisión" telekanalı tərəfindən yayımlanıb.
Saziş Venesuelaya səfər edən ABŞ Daxili İşlər Naziri Duqlas Berqam ilə danışıqlar çərçivəsində imzalanıb. Prezidentə 20-dən çox özəl şirkətin nümayəndələri müşayiət edib, onlar mədən layihələrində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq məqsədilə səfərdədir.
Fevralın 26-da Rodriqez Karakasda "Shell" nümayəndələri ilə əməkdaşlığı genişləndirmək və birgə qaz layihələrini qiymətləndirmək üçün işgüzar görüş keçirib. Görüşdə qaz yataqlarının işlənməsi perspektivləri və Venesuelanın enerji sənayesinin inkişaf planları müzakirə olunub.
