Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkəti dünyanın bəzi şəhərlərinə uçuşlarını bərpa edəcək.
Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat açıqlamasında bildirilib.
Açıqlamaya görə, “Etihad Airways” martın 6-da Əbu-Dabi ilə əsas qlobal mərkəzlər arasında uçuşları qismən bərpa edəcək. Uçuşların 19 mart tarixinə qədər Moskva, Əhmədabad, Banqkok, Banqalor, Dehli, Ciddə, Qahirə, Kolombo, Kuala Lumpur, London, Madrid, Male, Milan, Mumbay, Nyu-York, Paris, Phuket, Ər-Riyad, Roma, Seul, Toronto, Frankfurt, Hayderabad, Hanoi və Sürixə və geriyə yerinə yetiriləcəyi gözlənilir.
Aviaşirkət martın 1-də İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bir gün sonra Əbu-Dabiyə uçuşları dayandırmışdı.
