...

Tofiq Musayevin UFC-də növbəti rəqibi müəyyənləşib

İdman Materials 6 Mart 2026 05:13 (UTC +04:00)
Tofiq Musayevin UFC-də növbəti rəqibi müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev-in Ultimate Fighting Championship (UFC)-də növbəti rəqibi çilili Ignacio Bahamondes olacaq.

Trend xəbər verir ki, bu barədə “MMA Junkie” portalı məlumat yayıb.

Bildirilib ki, hər iki idmançı döyüş keçirməyə razılıq verib və yaxın günlərdə sənədlərin imzalanması gözlənilir.

Döyüş martın 28-də ABŞ-nin Seattle şəhərində yerləşən Climate Pledge Arena-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti