...

ABŞ süni intellekt çiplərinin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 6 Mart 2026 02:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası süni intellekt texnologiyalarında istifadə olunan Amerika istehsalı çiplərin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, yeni mexanizm çipləri idxal edən ölkələrin dörd kateqoriyaya bölünməsini nəzərdə tutur.

Sənədə əsasən, 200 min ədəddən çox çip almaq istəyən ölkələr və ya şirkətlər ABŞ-ın təhlükəsizlik sahəsinə və ya Amerika data mərkəzlərinə investisiya qoymalı olacaqlar.

Xəbər lenti

Xəbər lenti